Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36

Obama 14 yaşlı pakistanlı qızın müdafiəsinə qalxdı


ABŞ prezidenti Barack Obama 14 yaşlı pakistanlı qız Malala Yusufzainin vurulmasını faciəvi və barbarlıq adlandırıb.

Pakistanda qızların təhsil alması üçün kampaniya aparan Malalanı oktyabrın 9-da talibançılar başından güllələmişdi. 14 yaşlı qız əməliyyat olunub. Güllə başından çıxarılsa da vəziyyəti ağır olaraq qalır.

Malalanın vurulması həm Pakistanda, həm də bütün dünyada etirazlara səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG