Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:40

Türkiyə Suriya təyyarəsində yoxlama aparıb


Türkiyə Suriyanın Moskvadan Dəməşqə gedən A 320 tipli mülki təyyarəsini saxlayıb. Türkiyənin F-16 qırıcı təyyarələri təyyarəni Ankarada Esenboğa hava limanına enməyə məcbur edib. Təyyarədə silah daşınması haqqında məlumatlar varmış.

Təyyarədə 35 nəfər mülki şəxs olub.

Axtarışlardan sonra təyyarə saat 02.30-da yenidən havaya qalxıb.

Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu bildirib ki, “Suriyanın sərnişin təyyarəsini sərnişinlərlə birlikdə getməsinə icazə veririk. Ancaq təyyarədən götürülən əşyaların yoxlamaları davam edir”.

Türkiyə mediası təyyarədən hərbi məqsədli məlumat cihazları tapıldığını bildirib. Ancaq Ahmet Davudoğlu əşyaların detalları haqqında məlumat verməyib. Həmin materiallar götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG