Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19

Vasif Talıbov: «Tataritis şeni dzmaa»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 12 iyul 2012. sayı: 129 (20.534)


BOYƏHMƏDDƏ YENİ QURUCULUQ ÜNVANLARI

İyun ayından başlayaraq Culfa rayonunun Boyəhməd kəndində quruculuq işlərinə başlanılıb. Burada yeni kənd mərkəzi tikilir. Bina 2 mərtəbədən ibarət olacaq. Binada icra nümayəndəliyi, bələdiyyə YAP ərazi ilk təşkilatı, klub, kitabxana və digər qurumların fəaliyyətinə hərtərəfli şərait yaradılacaq.

Binanın tikintisini Culfa Rayon Tikinti – Quraşdırma İdarəsinin kollektivinə həvalə olunub. İş icraçısı Babalı Hüseynovdan aldığımız məlumata görə, kənd mərkəzi üçün inşa olunan binanın birinci mərtəbəsində hörgü işləri yekunlaşdırılıb, mərtəbəarası hissədə tikinti aparılır.

Ucqar dağ kəndinin sakinlərinə daha bir qayğı burada 110 şagird yerlik məktəb binasının əsaslı təmirinə başlamışdır.

Boyəhməd kənd sakini Vüqar Yunisov üçün fərdi ev də inşa olunur. Azərbaycan Vətən müharibəsi veteranına böyük qayğının ifadəsi olan bu tədbir kənd sakinləri tərəfindən rəğbətlə qarşılanıb.

AZƏRBAYCAN – GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu ilin yanvar ayında Acarıstan Muxtar Respublikasına, Acarıstan muxtar Respublikası Hökumətinin Sədri levan Varşalomidzenin bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasına qarşılıqlı işgüzar səfərləri həm də tarixi əlaqələrin yenidən bərpası və inkişafı baxımından əhəmiyyətli olmuşdur.

Acarıstan Muxtar Respublikasında olarkən tarixi Azərbaycan – Gürcüstan əlaqələrinə, dostluğuna toxunan Ali Məclisin Sədri demişdir: «Gürcüstanla Azərbaycanı tarixi əlaqələr birləşdirir. Bizim ulu babalarımız qonşuluq və qardaşlıq şəraitində yaşamışlar. Qədim bir gürcü məsəlində deyilir ki, «Tataritis şeni dzmaa», yəni azərbaycanlı sənin qardaşındır. Azərbaycan xalqına mənsub «Koroğlu» dastanındakı Gürcüoğlu obrazı xalqlarımızın qədim dostluğunun təcəssümüdür. Bəşəri dəyərləri özündə birləşdirən «Əli və Nino» əsəri gürcü – azərbaycanlı dostluğuna daha bir nümunədir...».

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Meyvəçilikdə qədim üsullar
- Qonşu qonşu olsa...
- Gənclər hərbi xidmətə yola salınır

Şərhləri göstər

XS
SM
MD
LG