Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:07

Elmi dərəcələrə görə əməkhaqlarının artırılması nəzərdə tutulur


-

Bu barədə Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov deyib.

«Elm siyasəti haqqında» qanun layihəsi demək olar ki hazırdır. Layihədə elmlər doktoru, elmlər namizədi adına görə maaşların artırılması da nəzərdə tutulub. Nə qədər artırılmasını deyə bilmərəm, amma biz ümumi şəkildə artırılma məsələsini ortaya qoymuşuq», - Məhərrəmov qeyd edib.

Deputat bildirib ki, layihə günün tələblərinə cavab verir, amma bu gün müzakirələrin aparılmasına da ehtiyac var.

«Biz çalışırıq ki, qanun layihəsini payız sessiyasında Milli Məclisin müzakirəsinə verək», - Məhərrəmov deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG