Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

Türkiyə: “Suriyaya layiqli cavab verilir”


Suriya tərəfdən açılan zərbələrə layiqli cavab verilir.

Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisi Nejdet Özel Suriya ilə sərhəd bölgələrə baş çəkib. Akçakale yaşayış məntəqəsində əhali ilə görüşündə deyib ki, “atəş açmağa davam etsələr onlara daha şiddətli cavab verəcəyik”.

Nejdet Özel sərhəd xəttində hərbçilərdən hazırkı vəziyyət haqqında məlumat alıb.

Oktyabrın 3-də Suriyadan Türkiyənin Akçakale yaşayış məntəqəsinə endirdiyi artilleriya zərbələri nəticəsində 5 dinc sakin həlak olmuşdu. Onlardan 3-ü uşaq, 2-si qadın idi.

NATO-nun baş katibi Anders Fogh Rasmussen NATO-nun Türkiyəni qorumağa hazır olduğunu bildirib.

Bu gün Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü başlayır. Görüş Suriya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi fonunda keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG