Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:27

Avropadan gətirilən inəklərin məhsuldarlığı 3 dəfə artıb


-

Qərb bölgəsinə gətirilən cins inəklər südün məhsuldarlığını 3 dəfəyədək artırıb.Bu barədə Azərbaycan Elmi Tədqiqat İnstitutunun direktoru Məmməd Balakişiyev məlumat verib. Onun sözlərinə görə, bölgəyə gətirilən cins inəklərdən laktasiya müddətində (heyvanın süd vermə dövrü) 4 mindən 6 min tonadək süd məhsulu əldə olunub. İnstitut direktorunun dediyinə görə, yerli cins inəklərdən isə indiyədək ən çoxu 1 ton 500 litr süd əldə etmək mümkün olurdu.

Məmməd Balakişiyev artıq Azərbaycana gətirilən cins inəklərin mühitə adaptasiya olduğunu və heç bir tələfatın baş vermədiyini deyir. Əlavə edir ki, gətirilən inəklər əsasən süd məhsulu əldə etmək məqsədi daşısa da yaşlı inəklər damazlıq-ətlik üçün də istifadə edilir.

Qərb bölgəsinə indiyədək 2115 sayda cins mal qara gətirilib. Lakin balalarla birlikdə mal-qaranın sayı 2 min 200-ə çatıb.

Avropa və Avstraliyadan gətirilən damazlıq heyvanlar sahibkarlara lizinq yolu ilə verilir. Yəni, heyvanın dəyərinin 50 faizini dövlət ödəyir. Yerdə qalan 50 faiz pulun yarısını isə fermer nağd ödəyir. Qalan vəsait isə 3 il müddətinə lizinq yolu ilə ödənilir .
XS
SM
MD
LG