Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:41

Bakı Metropolitenində yeni stansiyalar tikiləcək


Bakı Metropoliteninin daha üç xətti çəkiləcək. Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, birinci prioritet istiqamət 5 stansiyanı əhatə edən xətdir
(«Avtovağzal»–«Memar Əcəmi-2» - B3 – B4 –B5). Bu yolun uzunluğu 6,8 km-dir. Bu xətt Bakı Beynəlxalq Avtovağzalı, 3 və 4-cü mikrorayon, Tbilisi prospekti və Füzuli küçəsini əhatə edir.

İkinci prioritet istiqamət isə 8 stansiyanı əhatə edir (VI Stansiya – Y3 – Böyükşor – «Koroğlu-2» – Bakıxanov – Y-22 – Qaraçuxur – Yeni Günəşli). Yolun uzunluğu 12,5 metrdir. Bu yol Köhnə və yeni Günəşlini, Qaraçuxur qəsəbəsini, «Koroğlu» stansiyası ətrafındakı ərazini əhatə edir.

Üçüncü istiqamət isə üç stansiyanı («Həzi Aslanov» - «Zığ şossesi» - «Hərbi akademiya») əhatə edir. Bu yolun uzunluğu 3,7 km-dir.
XS
SM
MD
LG