Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36
-
Nazirlər Kabineti Bakı şəhərində Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin abidəsi ucaldılmasına dair qərar qəbul edib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 914 515 manat vəsait ayrılıb.

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda doğulub, 1982-ci il mayın 13-də elə bu şəhərdə vəfat edib.

Musiqinin müxtəlif janrlarında əsərlər yazan şöhrətli bəstəkarın «Yeddi gözəl» və «İldırımlı yollarla» baleti dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG