Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:21

Azərbaycan 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir


Azərbaycan 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət etməyi düşünür.

Bunu Beynəlxalq İdman Mətbuat Assosiasiyasının saytına Gənclər və İdman naziri Azad Rəhimov deyib. Saytda yerləşdirilmiş video-süjetdə deyilir:

Bakı 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatını keçirdiyi bir vaxtda, Gənclər və İdman naziri Azad Rəhimov inanır ki, Azərbaycanı üfüqdə daha böyük işlər gözləyir.

Baxmayaraq ki, Azərbaycan 2016 və 2020-ci illər Olimpiya oyunlarına ev sahibliyi etmək üçün artıq müraciət edib, Azad Rəhimov hələ də inanır ki, Azərbaycanın buna şansı var.

Qızlar arasında dünya çempionatından başqa Azərbaycanda daha bir neçə beynəlxalq tədbir keçiriləcək. Onlardan biri «City Challenge Baku-2012» oyunları, digəri isə 2016-cı ildə keçiriləcək Şahmat üzrə Dünya Olimpiadası olacaq.

Bu tədbirlər Bakıya imkan yaradır ki, qlobal idman tədbirlərinə ev sahibliyi və təşkil etməkdə təcrübə qazansın. Bunu deyən Azad Rəhimov əlavə edir ki, hazırda 2024-cü ildə Olimpiya oyunlarına ev sahibliyi etmək barədə düşünürlər.
XS
SM
MD
LG