Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

“Pussy Riot” qrupunun kasasiya şikayətinə baxılır


Bu gün Moskvada “Pussy Riot” qrupunun kasasiya şikayətinə baxılır. Məhkəmə binasının yanındakı çox mərtəbəli binanın fasada üstünə “Məryəm ana, Putini qov” yazılmış iri lövhə vurulub.

Ərazidə çoxlu polis var. “Pussy Riot” qrupunun tərəfdarları və əleyhdarları da məhkəmə binasının qarşısına yığışıb. Artıq bir neçə nəfərin saxlandığı bildirilir.

Məhkəmədə isə vəkillər təkrar psixoloji-linqvistik ekspertizanın keçirilməsi ilə bağlı vəsatət veriblər.

“Pussy Riot” qrupunun üzvləri - Maria Alyokhina, Nadezhda Tolokonnikova və Yekaterina Samutsevich avqust ayında xuliqanlıqda ittiham olunaraq 2 il azadlıqdan məhrum edilmişdilər.

Qrup üzvləri ittiham üzrə özlərini təqsirli bilmirlər.


“Pussy Riot”un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi.

Bu ilin fevralında kilsədə “Məryəm ana, Putini qov” məzmunlu “pank-dua” etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.
XS
SM
MD
LG