Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:41

Beynəlxalq aləm 14 yaşlı paksitanlı qızın vurulmasından narahatdır


Beynəlxalq aləm 14 yaşlı pakistanlı qızın – Malala Yusufzayın vurulmasından narahatdır.

Malala Pakistanda qızların təhsili üçün kampaniya aparırdı. Oktyabrın 9-da o Mingora şəhərindən evə qayıdanda başından vurulub. Qızın vurulmasına görə məsuliyyəti üstünə talibançılar götürüb.

Pakistanın baş naziri Pervez Ashraf onu “Pakistanın qızı” adlandırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland 14 yaşlı qıza olan hücumu qorxaqlıq və barbarlıq adlandırıb. BMT-nin hərbi münaqişələrdəki uşaqların problemi üzrə xüsusi nümayəndəsi Leila Zerrugi hadisəni kəskin pisləyib.

Malala Yusufzay hazırda xəstəxanadadır. Əməliyyat yolu ilə güllə qızın başından çıxarılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.
XS
SM
MD
LG