Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Özbəkistan prezidenti Azərbaycana rəsmi səfərə gələcək


Oktyabrın 11-12-də Özbəkistan prezidenti İslam Kərimov Azərbaycanda rəsmi səfərdə olacaq.

APA-nın Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan prezidentinin dəvəti əsasında gerçəkləşəcək.

Dövlət başçıları ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

Səfərin yekunları əsasında birgə Bəyannamənin, eləcə də müxtəlif sahələrə aid sənədlərin imzalanması planlaşdırılır.
XS
SM
MD
LG