Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23
Tanınmış pop müğənni Shakira bu gün və sabah Bakıda konsert məşqlərini edəcək. Müğənni ötən gün – oktyabrın 9-da Bakıya gəlib.

O, oktyabrın 13-də Azərbaycanda keçirilən «FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012»nin bağlanış mərasimində çıxış edəcək. Bir gün sonra isə «Baku Crystal Hall»da solo konsert verəcək.

Müğənninin Bakı səfərini «Universal Music Group»un Azərbaycandakı nümayəndəsi olan «Omnikomo Music Group» şirkəti təşkil edib.

Shakiradan əvvəl RihannaJenifer Lopez Bakıda oxuyub.

«Amnesty International» insan haqları müdafiə təşkilatı Rihanna və Shakira’nı Azərbaycanda oxumamağa çağırıb və «burada Azərbaycan xalqının insan haqlarının kobud şəkildə pozulduğunu» bildirib. Ancaq bu çağırışa baxmayaraq Rihanna-nın konserti baş tutub.

Adı çəkilən müğənnilər 17 yaşadək futbolçu qızlar arasında Bakıda keçirilən dünya çempionatına həsr olunmuş tədbirlərdə oxumağa dəvət alıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG