Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:21

Azərbaycanda dövlət qulluqçularının əməkhaqlarında dəyişiklik olacaq


Azərbaycanda dövlət qulluqçularının əməkhaqları onların xidməti fəaliyyəti ilə uyğunlaşdırılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə deyib.

«Hazırda bununla bağlı sənəd üzərində iş gedir. Bu motivasiya məsələsidir, yəni kim daha çox işləyirsə, o daha çox əmək haqqı almalıdır», - DQMK sədri bildirib.

Xəlilov qeyd edib ki, sənədi 2014-cü ilədək hazırlamaq nəzərdə tutulub.

«Lakin çalışacağıq ki, daha tez zamanda bu sənədi hazırlayaq, beynəlxalq ekspertizadan keçirək, vətəndaş cəmiyyətinin müzakirəsinə çıxaraq», - komissiya sədri deyib.

Xəlilov, həmçinin ali təhsili olmayan şəxslərin dövlət qulluğuna xitam verilməsinə də münasibət bildirib.

«Dövlət qulluğu haqqında» qanunda nəzərdə tutulur ki, inzibati vəzifə tutan şəxslərin ali təhsili olmalıdır. Hər bir vəzifə üzrə tələblər, o cümlədən ixtisas tələbləri müəyyən edilib ki, bunlar da ali təhsilin olmasını zəruri edir. Ali təhsili olmayan şəxs həmin vəzifələrin tutulmasına uyğun gəlmir. Mərkəzi icra hakimiyyəti orqanlarında ali təhsili olmayan şəxslərin sayı çox azdır. Onların müəyyən olunması ilə Komissiya yox, həmin dövlət orqanları məşğuldur», - DQMK sədri deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG