Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48
Baş Prokurorluq sentyabrın 24-də bəzi rayonlarda icra nümayəndələrinin və orta məktəb direktorlarının yol verdiyi nöqsanlar haqqında məlumat yayıb. Həmin məlumatlarda Masallı rayonunun Həsənli və Köçəkli kəndlərinin də adı çəkilir. Qeyd olunur ki, hər iki kənd məktəbinin direktorları pulsuz məktəbli forması almaq əvəzinə «Herakl-M» şirkətindən 2270 manat nağd pul götürüblər.

«BAŞ PROKURORLUĞA YANLIŞ MƏLUMAT VERİLİB»

Həsənli kənd orta məktəbinin direktoru Vəzir Hüseynov isə məktəbli forması ilə bağlı Baş Prokurorluğun yanlış məlumat yaydığını bildirir.

Direktorun dediyinə görə, məktəbli forması şagirdlərə satılıb. İmkansız ailələrdən olan şagirdlərə pulsuz məktəbli forması verilməsi üçün isə vəsait ayrılmayıb.

Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişov da iki ildir məktəbli formasına görə, onlara pul ayrılmadığını deyir. Onun sözlərinə görə, Baş prokurorluq 2008-2012-ci illərin hesabatını yoxlayıb ki, bunun da onlara heç bir aidiyyatı yoxdur.

«O ərazi nümayəndəliyi ilə maliyyə arasında olan məsələdir. Bununla bağlı bizim işimiz olmayıb. Bir dəfə olmuşdu, guya maliyyə belə bir iş görmüşdü. Qalan hallarda olmayıb. Neçə il bundan əvvəl olan işdir. Maliyyə onları yoxladı, maliyyə işçisi ilə mühasib mübahisə etmişdi. Sonradan bu məsələlər çıxdı ortalığa».

«2 MƏKTƏBDƏN DANIŞILIR, BƏS 88 MƏKTƏB»

Baş Prokurorluğun məlumatından sonra Masallıda çıxan «Cənub Xəbərləri» qəzeti də məktəbli formasına ayrılan pulların axtarışına başlayıb. Qəzetin araşdırmalarından üzə çıxıb ki, sözü gedən məktəbdə heç kimə pulsuz forma verilməyib. Qəzetin baş redaktoru Zahir Əmənov deyir ki, məktəbli formasına ayrılan pulların iki məktəbdə yoxa çıxdığı yazılsa da, qalan 88 rayon məktəbindən isə heç kim danışmır:

«Masallıda yüz məktəb var. Bu məktəblər üçün orta hesabla min manat pul ayrılıb. Amma məlumatlar onu göstərir ki, məktəblər bundan istifadə etməyib. Ən azı kimsəsizlərə məktəbli forması vermək üçün 100 min manat pul ayrılıb. Buna aydınlıq gətirmirlər ki, bu paltarlara ayrılan pullar hara gedib, kimin cibinə gedib? Mən bir neçə direktorla söhbət eləmişəm, deyirlər ki, paltar puluna görə təhsil şöbəsinə gedə bilmirik. Niyə bilmirəm».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG