Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:41
Azərbaycan Dövlət Neft Şirkəti özünün Trans-Anadolu qaz boru kəməri layihəsindəki payının bir hissəsini bu layihədə iştirak etmək istəyən bir qrup şirkətə təklif edib.

APA-nın məlumatına görə, bunu ARDNŞ-in prezident Rövnəq Abdullayev bildirib.

Sohbət ARDNŞ-nin bu layihədəki payının 29 faizinin BP, «Statoyl» və «Total» şirkətlərinə verilməsindən gedir.

Hazərda ARDNŞ-in bu layihədə 80 faiz payı var.

O həmçinin qeyd edib ki, TANAP kəmərinin inşası «Şahdəniz» layihəsinin davamı olsa da, ona bağlı deyil.

Yəni, «Şahdəniz»dəki bütün tərəfdaş şirkətlər TANAP-da iştirak etməyəcək.

Qeyd edək ki, TANAP layihəsində Xəzər qazının Türkiyə vasitəsilə Avropa bazarına çıxarılması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG