Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:15

Ivanishvili-dən sürpriz təyinatlar: o, şəxsi həkimi və vəkilinə vəzifə verdi [video və fotolar]


-
Müxalifətin “Gürcü arzusu” koalisiyası ilə Gürcüstandakı parlament seçkilərində qalib gəlmiş milyarder Bidzina İvanişvili oktyabrın 8-də yeni hökumətin tərkibini açıqlayıb.

Onun özünün baş nazir olacağı təəccüblü deyil.

Amma bəzi şəxslərə yüksək vəzifə təklif edilməsi müşahidəçilər üçün sürpriz olub.

Məsələn, heç kəs gözləmirdi ki, İvanişvili baş prokuror postuna öz vəkili Arçil Kbilaşvilini qoyacaq. Bundan başqa o, şəxsi həkimi Dmitri Xundadzeyə də hökumətin üzvü olmağı təklif edib.

Daxili İşlər Naziri portfelini isə İvanişvili özünün “Kartu” xeyriyyə fondunun rəhbəri, ixtisasca maliyyəçi olan İrakli Qaribaşviliyə verir.

Amma müxalifətdə olan “Xristian-demokrat hərəkatı” Partiyasının liderlərindən biri, parlamentin keçmiş sədr müavini Georgi Axvlediani “Radio Svaboda”ya deyib ki, bu qərarlardan heç də təəccüblənməyib:

- Axı İvanişvilinin başqa kadrları da yoxdur ki, onun arxasında dayansınlar. Amma bu “şəxsi həkim”lərin, “şəxsi vəkil”lərin həmin vəzifələrdə necə işləyəcəklərini gələcək göstərəcək.

Bir çoxlarını o da təəccübləndirib ki, milyarder səhiyyə naziri portfelini Amiran Qamkrelidzeyə, kənd təsərrüfatı naziri portfelini isə David Kirvalidzeyə təklif edib.

Bu adamlar 10-12 il qabaq keçmiş prezident Şevardnadzenin komandasında bu postlarda çalışırdılar.

O zaman müxalifətdə olan indiki prezident Mixeil Saakaşvili həmin nazirləri sərt tənqid edirdi.

Başqa təyinatlar...

Müdafiə nazirinin keçmiş müavini və Gürcüstanın BMT-dəki keçmiş səfiri İrakli Alazania yeni hökumətdə müdafiə naziri olub.

Kaxa Kaladze

Kaxa Kaladze

Əvvəllər Gürcüstanın Almaniya və Hollandiyadakı səfiri olmuş peşəkar diplomat Maya Pancikidzeyə xarici işlər naziri portfeli çatıb.

Başqa bir qadın - Tea Tsulukianiyə ədliyyə naziri, keçmiş fubolçu, İtaliyanın “Milan” klubunda çıxış etmiş Kaxa Kaladzeyə isə regional inkişaf və infrastruktur naziri, Abxaziyadan olan məcburi köçkün Quram Odişariaya isə mədəniyyət naziri portfeli təklif olunub.

Levan Kipiani isə gənclər və idman naziri təyin edilib.

Amma İvanişvili deyib ki, hələ ki Kipianinin yeganə alqışalayiq özəlliyi odur ki, o, “Dinamo” Tbilisi komandasının da, ümumilikdə sovet futbolunun da əfsanəvi yarımmüdafiəçisi David Kipianinin oğludur.

Cəzaların icrası naziri postu isə keçmiş ombudsman Sozar Subariyə verilib.

Təyinatlardan görünür ki, yeni hökumətin əsas fəaliyyət istiqamətlərindən biri separatçı bölgələrlə bağlı problemi həll etmək olacaq.

Məsələn, reinteqrasiya üzrə dövlət naziri vəzifəsinə Millətçiliyin və Konfliktlərin Tədqiqi üzrə İnstitutun rəhbəri Paata Zakareişvilinin təyin edilməsidir.

Daxili İşlər Naziri portfelini isə İvanişvili özünün “Kartu” xeyriyyə fondunun rəhbəri, ixtisasca maliyyəçi olan İrakli Qaribaşviliyə verir.

Daxili İşlər Naziri portfelini isə İvanişvili özünün “Kartu” xeyriyyə fondunun rəhbəri, ixtisasca maliyyəçi olan İrakli Qaribaşviliyə verir.

Zakareişvili Abxaziya və Cənubi Osetiya ilə barışığın tərəfdarıdır. Onun bu məsələyə baxışı “tanınmadan başqa hər şey” adlanır və separatçı bölgələrlə iqtisadi, humanitar əlaqələrin sıxlaşdırılmasını nəzərdə tutur.

Hələ ki təhsil, iqtisadiyyat və maliyyə nazirliklərinə kimlərin rəhbərlik edəcəyi bilinmir.

İvanişvili həmin vəzifələrə kimlərin təyin ediləcəyini bir neçə gün sonra açıqlamağı söz verib.

Amma yeni baş nazir gələn ilki prezident seçkilərində kimin namizdəliyini dəstəkləyəcəyini açıqlayıb.

Bu, tanınmış hüquqşünas, 1995-ci il Konstitusiyasının həmmüəllifi Vaxtanq Xmaladzedir.

Respublika Partiyasının liderlərindən olsa da, Xmaladze siyasətçidən çox hüquqşünas kimi tanınır. Həmin partiyanın lideri David Usupaşvili İvanişvilinin təklifi ilə parlamentin sədri vəzifəsini tutacaq.

Yeni hökumətin tərkibi parlamentin oktyabrın 21-də keçiriləcək iclasında təsdiq olunacaq.

Oktyabrın 9-da isə prezident Sakaşvili İvanişvilini qəbul edib.

Saakashvili görüşdən sonra deyib ki, yeni hakimiyyətə keçid sülh yolu ilə olacaq.

Ivanişvilinin koalisiyası parlamentdə yerlərin çoxuna sahib olandan sonra bu, onunla prezident arasında ilk görüş keçirilib.

İvanişvili deyib ki, o, Gürcüstanın Rusiya ilə əlaqələini yaxşılaşdırmaq istəyir, amma həm də Gürcüstanın NATO və Avropa Birliyinə inteqrasiyasını da dəstəkləyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG