Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:58

Asim Mollazadənin Brüsseldə keçiriləcək seminarda çıxışı olacaq


Asim Mollazadə
Asim Mollazadə
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Regional özünüidarəetmədə yerli hakimiyyətlərin rolu” mövzusunda seminarda iştirak etmək üçün Brüsselə gedib.

Seminarı Avropa Birliyi təşkil edib.

Millət vəkili seminarda “Avronest” təşkilatını təmsil edəcək və əsas məruzəçilərdən biri olacaq.

Asim Mollazadə səfər çərçivəsində “Avronest”in Belarus üzrə işçi qrupunun iclasında da iştirak edəcək.

Toplantıda Belarusda seçki və seçkidən sonrakı vəziyyət müzakirə olunacaq.
XS
SM
MD
LG