Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:41

Bu il Gəncədən 15 nəfər Həcc ziyarətinə gedəcək


Bu barədə Gəncə Şah Abbas Cümə məscidinin axundu Hacı İsgəndər Məmmədov verib. Onun sözlərinə görə, bu il Gəncədən Həcc ziyarətinə gedən zəvvarlar ilk dəfə səfər edənlərdir.

Hazırda onlarla maarifləndirici söhbətlərin aparıldığını bildirən Hacı İsgəndər əvvəlki illərlə müqayisədə bu il Gəncədə Həccə getmək istəyənlərin sayının artdığını deyir.

Bu il Azərbaycandan Həcc ziyarətinə 2600 zəvvar yola düşəcək. İlk təyyarə reysi oktyabrın 12-də yola düşəcək.

Həcc ziyarəti üçün bu il müəyyənləşdirilən məbləğ otellərin qiymətindən asılı olaraq 3090-3850 manat arasında dəyişir.
XS
SM
MD
LG