Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

«Sepah»la əməkdaşlıqda günahlandırılanlara hökm oxundu


-

Bakı Ağır Cinayətlər Məhkəməsində «İran İslam İnqilabı Keşikçiləri Korpusu – «Sepah»la əməkdaşlıq etməkdə ittiham olunan dəstə üzvlərinə hökm oxunub.

Məhkəmə qapalı keçirilib. Hökmə əsasən 22 nəfər dəstə üzvü 10 ildən 15 ilə qədər azadlıqdan məhrum edilib.

Məhkum olunanlar Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulublar. MTN 22 nəfərin saxlandığı haqda xəbəri martın 14-də açıqlamışdı. Həmin açıqlamaya görə, saxlanılan şəxslər İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «Sepah»la məxfi əməkdaşlıq edib. Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb. İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları «Sepah»ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər.

Cinayət işi Cinayət Məcəlləsinin 28. 214.2.1 (cinayətə hazırlıq; terrorçuluq; qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;), 28, 214.2.3 (cinayətə hazırlıq; terrorçuluq; odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;), 228. 2.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) və 274-cü (dövlətə xəyanət) maddələri ilə aparılıb.

Məhkum olunanlardan birinin vəkili Yavər Hüseyn AzadlıqRadiosuna bildirib ki, müdafiə etdiyi şəxs Seymur Qasımov dövlətə xəyanətdə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib.

«O ittiham üzrə özünü təqsirli bilmədi. Seymur Qasımov bildirir ki, İranda ona əməkdaşlıq təklif olunanda müvafiq orqanlara məlumat verməyib. O, özünü ancaq bunda təqsirli bilir. Dövlətə xəyanətlə müşayiət olunan başqa bir hərəkəti olmayıb».

Yavər Hüseyn deyib ki, hökmlə razılaşmadığı üçün apelyasiya şikayəti verəcək. Digər ittiham olunanların da vəkillərinin hökmdən şikayət verəcəkləri gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG