Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:42

Heydər Əliyev Mərkəzinin aparatında 154 nəfər işləyəcək


Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi
Oktyabrın 8-də prezident İlham Əliyev fərman imzalayaraq Heydər Əliyev Mərkəzinin əsasnaməsini təsdiqləyib.

Fərmanda Heydər Əliyev Mərkəzinin aparatının işçilərinin say həddi 154 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə bu ilin sonuna kimi Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə bağlı tələb olunan vəsaitin ayrılmasını, 2013-cü il və növbəti illər üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrıca sətirlə vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Heydər Əliyev Mərkəzi bu il mayın 10-da açılıb. İyulun 10-da prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinə direktor təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu postu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov tutub.
XS
SM
MD
LG