Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:50

Rusiyadan gəmilər dəstəsi Azərbaycana gəlir


Oktyabrın 9-da Rusiya Federasiyası Hərbi Donanmasının gəmilər dəstəsi Azərbaycana gəlir.

Kontr-admiral S. Q. Alyokminskinin rəhbərliyi altında Bakıya donanmanın flagman gəmisi «Tatarıstan» və dəniz yedəyi «MB-58»in üç günlük səfəri başlayır.

Rusiyanın Azərbaycandakı səfirliyinin məlumatına görə, gəmilərin günorta saatlarında Bakı limanına daxil olacağı gözlənilir. Səfərin məqsədi Rusiya və Azərbaycan dənizçiləri arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.

Səfər proqramına Rusiya dənizçilərinin işgüzar səfərləri, təcrübə mübadiləsi, Bakı ilə tanışlığı, birgə idman tədbirləri nəzərdə tutulur.

Oktyabrın 10-da «Tatarıstan» gəmisi müvafiq reqlament əsasında Bakı sakinlərinin ziyarəti üçün açıq olacaq.

Oktyabrın 11-də gəmilər Bakı limanından yola çıxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG