Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32

İ. Əliyev: «Bizdə mətbuat azadlığı, vicdan azadlığı, bütün siyasi azadlıqlar var»


İlham Əliyev

İlham Əliyev

«Korrupsiyanı şərtləndirən amillər vardır. Təkcə inzibati addımlarla bu bəla ilə mübarizə aparmaq çox çətindir. Çünki inzibati addımlar atılır, cəza tədbirləri görülür, insanlar cəzalandırılır, həbs edilir. Ancaq ondan sonra o yerlərə gələn yeni təyin edilmiş insanlar da bəzi hallarda müəyyən müddətdən sonra eyni yolla gedirlər».

Bunu oktyabrın 8-də prezident İlham Əliyev Tərtərdə Gənclər Mərkəzinin açılışında bir qrup gəncin sualına cavabında deyib. Suallardan biri belə olub:

- «Məlum son hadisələr korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi zərurətini yaradır. Bu haqda sizin fikrinizi bilmək istərdik».

Prezident deyib ki, korrupsiya ilə mübarizə ilə bağlı inzibati tədbirlər davam etdiriləcək. Cəza tədbirləri daha da sərt olacaq. «Ancaq bununla bərabər, korrupsiyanı mümkünsüz etmək üçün yeni üsullar da artıq işə salınır. Elektron hökumət, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə tətbiq edilən yeni sistemlər, qeydiyyat məsələsi, indi yeni yaradılmış «Asan» xidməti böyük dərəcədə bu korrupsiyanın qarşısını alacaqdır. Biz çalışırıq ki, Azərbaycanda şəffaflığı maksimum dərəcədə tətbiq edək».

AZƏRBAYCANDA OLAN İNKİŞAF...

Prezident deyib ki, «Azərbaycanda olan inkişaf dünya miqyasında bəlkə də heç bir yerdə yoxdur.

lk dəfə Azərbaycana - istər bölgələrə, istər Bakıya gələn hər bir qonaq öz təəccübünü gizlədə bilmir, deyir ki, təsəvvür etmirdik ki, bu dərəcədə inkişaf etmiş ölkəniz var, bu dərəcədə yenilik, quruculuq, abadlıq, infrastruktur işləri aparılır. Eyni zamanda, demək olar ki, ilk dəfə gələn hər bir xarici qonaq bir şeyi vurğulayır ki, gözəl insanlarınız var, əhval-ruhiyyə çox gözəldir. Yəni, bunlar hamısı bizim üstünlüyümüzdür və bunun fonunda korrupsiyaya dözümlülük qətiyyən mümkün deyildir. Mən əminəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də biz istədiyimizə nail olacağıq».

İslahatlar haqqındasa prezident deyib ki, «bütövlükdə bütün sahələrdə islahatlar davam etdirilməlidir. Yəni, islahatlar elə bir anlayışdır ki, onların sonu yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, əlbəttə ki, təhsil sahəsində islahatlar aparılmalıdır. İslahat yenilik deməkdir».

«AZƏRBAYCAN AÇIQ DÖVLƏTDİR»

Prezident suallara cavabında sosial şəbəkələrə də toxunub. Deyib ki, «Azərbaycan açıq dövlətdir, cəmiyyətimiz açıq cəmiyyətdir, bütün azadlıqlar var, heç bir məhdudiyyət yoxdur. Hər şey ancaq qanun çərçivəsində olmalıdır. Əgər hər şey qanun çərçivəsindədirsə, heç bir məhdudiyyət ola bilməz. Bizdə mətbuat azadlığı, vicdan azadlığı, bütün siyasi azadlıqlar vardır. Azərbaycanda İnternet azaddır. Əgər ölkələrin statistikasına baxsaq, - yəni harada internet azaddır, harada yox, - görərik ki, heç də hər bir dövlətdə azad internet yoxdur. Məhdudiyyətlər, qadağalar vardır. Bizim dövlətimizin, dövlət siyasətimizin bu istiqamətdə fəaliyyəti tamamilə şəffaf və açıqdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG