Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:58

Sankt-Peterburqda "Mr. Trololo"-nun adına park olacaq


Rusiyada Sankt-Peterburqda şəhər parkı "Mr. Trololo"-nun, Eduard Khil-in şərəfinə adlanacaq.

Sovet dövründə yaşayan Rusiyanın xalq artisi keçmiş SSRİ məkanında tanınsa da, dünya şöhrəti onu ömrünün sonlarında yaxalayıb.

Khilin You Tube şəbəkəsi vasitəsilə yayılan «Elə xoşbəxtəm ki, nəhayət evə qayıdıram» mahnısını milyonlarla adam izləyib.

Bu mahnının sözləri yoxdur, əvəzində Khil zümzümə edir, gülür, uzun «la-la» deyir. Buna görə o, «cənab Trololo» ləqəbini qazanmışdı.

Onun dünya turnesinə çıxması üçün on-line müraciətə milyonlarla adam imza atmışdı.

Eduard Khil bu il 77 yaşında vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG