Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:18

Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradından 20 il ötür


2011-ci il

2011-ci il

-

Bu gün müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi ilk hərbi paraddan 20 il ötür.

APA-nın məlumatına görə, 1992-ci il oktyabrın 9-da – Azərbaycan Ordusunun yaranmasının bir illiyi münasibəti ilə Bakı şəhərində hərbi parad keçirilib. Paradı dövrün müdafiə naziri Rəhim Qazıyev qəbul edib. Şəxsi heyət qarşısında isə sabiq prezident Əbülfəz Elçibəy çıxış edib.

Paradda o dövrdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan məhdud sayda hərbi texnikalar nümayiş etdirilib. Tədbirin sonunda vertolyotlardan «Azadlıq» meydanına paraşütlə əsgərlər atılıb.

Bu paraddan sonra, 2008-ci ilədək Azərbaycanda Silahlı Qüvvələrin hərbi paradı keçirilməyib.

2008-ci ildə «Azadlıq» meydanında Silahlı Qüvvələrin ikinci, 2011-ci ildə isə üçüncü paradı keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG