Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:24

Quba məhbuslarına «alma bayramı» hədiyyəsi


Mətbuat icmalı
Mətbuat icmalı
-

«Yeni Müsavat» qəzeti Qubada keçirilmiş alma bayramından yazıb. «Bayram tədbirində Azərbaycan parlamentinin deputatları, müxtəlif nazirlik və xarici ölkələrin səfirlik nümayəndələri, qonşu rayonların icra hakimiyyəti başçıları, rayon ictimaiyyəti iştirak etdi. Tədbirə ümumilikdə 30-dan çox xarici ölkədən 80 nəfər nümayəndə də qatıldı. Quba meydanına yürüşdə isə 1000-dən artıq insanın iştirak etdiyi bildirildi».

Qubadan deputat seçilmiş Milli Məclisin üzvü Yevda Abramov bildirdi ki, rayonda alma bayramının keçirilməsi sovetlər dönəmindən sonra ilk hadisədir. Y. Abramov Quba hadisələri ilə bağlı həbs edilən bir sıra sakinlərin bu bayram törənlərinə qatıla bilməməsindən təəssüfünü də ifadə etdi: «Gərək bu hadisələr olmayaydı. Amma bu da var ki, biz məhkəmələrin işinə müdaxilə edə bilmərik».

«PARTİYANIN SİYASİ ŞURASININ ÜZVÜ OLSAQ DA TƏDBİRLƏRƏ DƏVƏT ETMİRLƏR»

Bunu «Bizim yol» qəzetinə müsahibəsində Naftalan icra hakimiyyətinin keçmiş başçısı Musa Musayev deyib:

«Mən və əmim oğlu Alqış Həsənoğlu YAP Siyasi Şurasının üzvüyük. YAP-ın qurucularından olmuşam. 1992-1994-cü illərdə YAP-ın Nəsimi təşkilatının sədri olmuşam. Amma təəssüf ki, bu gün YAP təşkil etdiyi tədbirlərə nə məni, nə də Alqış Həsənoğlunu çağırmır».

«HEÇ BIR DƏLƏDUZ KİMİNLƏSƏ DÖVLƏT ARASINDA ƏLAQƏ YARATMAQ İMKANINA MALİK DEYİL»

Bunu «Yeni Azərbaycan» qəzetinə YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov Elşad Abdullayevin yaydığı video ilə bağlı deyib ki, «burda ən əsas şərt ondan ibarətdir ki, Azərbaycan ictimaiyyəti canlı, real video və stenoqram şəklində kimin-kim olduğunu gördü. Ayrı-ayrı dövrlərdə dələduzlar da olub. Azərbaycan cəmiyyəti açıq şəkildə bunun şahidi oldu ki, ilk növbədə, heç bir dələduz kiminləsə dövlət arasında əlaqə yaratmaq imkanına malik deyil. Dövlətin özünün şəffaf siyasi xətti var, bu xətlə də dövlətin və millətin maraqlarını müdafiə edən siyasi kurs həyata keçirilir. Bu gün müxalifət bu məsələni gündəmdə saxlamaqla bundan sui-istifadə etməyə çalışır. Hətta müxtəlif şəkillərdə, müxtəlif Avropa ölkələrinə bunun tərcüməsini göndəriblər. Amma ən əsası bir daha əyani şəkildə sübut olundu ki, kimin nə işlə məşğul olmasından asılı olmayaraq, dövlət strukturunda heç kim bu yolla özünə yer tapa bilməz...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG