Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:46

Mitt Romney İrana, Rusiyaya güzəştin əleyhinədir


Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Mitt Romney deyib ki, Barack Obamanın liderliyi vaxtı Yaxın Şərqdə münaqişə riski artıb.

Virginia Hərbi İnstitutunda çıxış edən Romney deyib ki, prezident olsa İrana qarşı daha sərt sanskiyalar tətbiq edəcək.

“Mən İran rəhbərliyinə xəbərdarlıq edəcəm ki, ABŞ İranın nüvə silahı düzəltməsinin qabağını alacaq və mən tərəddüd etmədən İrana yeni sanksiyalar tətbiq edəcəm və indiki sanskiyaları sərtləşdirəcəm.”

Romney deyib ki, o, raketlərdən müdafiə sistemi məsələsində Rusiya ilə danışqlarda güzəştə getməyəcək.

“Mən effektiv raketlərdən müdafiə sistemi tətbiq edəcəm və Rusiya prezidenti Putinə heç bir güzəşt olmayacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG