Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:43

Ordubad intibah dövrünü yaşayır


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 10 avqust 2012. sayı: 150 (20.555)


QURUCULUQ TƏDBİRLƏRİ SÜRƏTLƏ DAVAM ETDİRİLİR

Babək rayonunun Kərimbəyli kəndində həyata keçirilən kompleks quruculuq tədbirlərinə bir neçə ay əvvəl start verilib. Bunlardan biri kənddə təhsilin səviyyəsinin yüksəltmək məqsədilə inşa olunan 342 şagird yerlik yeni məktəb binasıdır. Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir...

Məktəb binasının yaxınlığında inşa edilən digər bir obyekt kənd mərkəzi üçün nəzərdə tutulub. Bina 2 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində rabitə evi, polis və baytarlıq məntəqələri, qazanxana, ikinci mərtəbədə isə kənd inzibati ərazi dairəsi üçün nümayəndəlik, bələdiyyə, YAP ərazi ilk təşkilatı, kitabxana, mədəniyyət evi yerləşəcək.
Digər bir binadan isə kənd adamları xidmət mərkəzi kimi istifadə edəcəklər. Burada sənaye və ərzaq malları mağazaları, ət satışı dükanı, bərbərxana, məişət cihazlarının təmiri sexləri fəaliyyət göstərəcək. Daha bir obyekt kənd adamlarının sağlamlığı keşiyində dayanacaq həkim ambulatoriyasıdır.

ORDUBAD İNTİBAH DÖVRÜNÜ YAŞAYIR

Füsunkar görkəmi ilə göz oxşayan, ulu öndər Heydər Əliyevin «Azərbaycanın incisi» adlandırdığı Ordubad bu gün ölkəmizin bir sıra gözəl şəhərləri ilə müqayisə edilə bilər. Milli arxitektura ənənələri ciddi şəkildə qorunan, müasir memarlıq üslubunun tətbiqinə geniş yer verilən bu yurd yeri rayona göstərilən qayğı hesabına qələmin vəsf etməyə gücü çatmadığı gözəlliyə qovuşub... Ordubad rayonu da muxtar respublikamızın digər bölgələri kimi, intibah dövrünü yaşayır. Rayon mərkəzinin, bölgənin ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinin belə, siması tanınmaz dərəcədə dəyişilib, füsunkar gözəlliyə qovuşub. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Ordubad müasir Azərbaycan rayonlarının canlı nümunəsidir.

...Bu prosesdə başlıca amil isə muxtar respublikamızda fəal hərəkətverici qüvvəyə çevrilmiş Heydər Əliyev yoluna böyük sədaqətdir. Ordubadlılar ulu öndər Heydər Əliyev kursunun işığından qaynaqlanan hərtərəfli dövlət qayğısından səmərəli istifadə etməklə rayonun daha da çiçəklənməsi naminə səy və bacarıqlarını əsirgəmir, onlara göstərilən belə qayğıya əməli işləri ilə cavab verməyə çalışırlar.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Yaşıllıqlardan boylanan Boyəhməd
- Şərur əkinçilərinin suvarma suyundan çətinlikləri yoxdur
- Voleybolçularımız finala yüksəliblər
XS
SM
MD
LG