Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:56

Şüşətəmizləyən fırçaya görə həbsxanaya düşdü


Füzuli rayon Polis Şöbəsinin qarşısında insident
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00
Direct-ə keçid

Füzuli rayon Polis Şöbəsinin qarşısında insident

-
Füzuli sakini İsmayıl Abbasov «Qaynar xətt»ə rayon polis şöbəsinin rəisindən şikayət edib. Deyir ki, bir neçə ay əvvəl polis şöbəsinin qarşısında polis rəisinin gözü qarşısında üç oğlunu döyüblər. Ancaq polis rəisi onun övladları ilə qərəzli olduğuna görə, necə deyərlər, yanan da onlar olub, yaman da. Rəis döyülən oğlanlarından biri Nəcməddin Abbasova qarşı cinayət işi açdırıb.

«YANAN DA BİZ, YAMAN DA BİZ»

İsmayıl Abbasov danışır:

«Polis şöbəsinin qabağında oğlanlarımı qarşı tərəfin adamlarının döydüyünü, polislərin isə hadisəyə tamaşa etdiyini telefonla çəkib sizə də göndərmişdik. Siz də o videonu bizim başımıza gələnlərlə bağlı yazdığınız yazının səhifəsində yerləşdirmişdiniz. Söhbət həmin hadisədən gedir. O hadisədən sonra biz ora-bura çox yazdıq deyə, bu, rəisi qıcıqlandırdı. O da oğlumu tutdurdu. Adını da belə qoydu ki, guya, oğlum Nəcməddin onun maşınının şüşətəmizləyən fırçasını qırıb. Hadisə isə belə olub. Həmin vaxt polislər yapışdılar oğlumdan, başladılar öz maşınlarına tərəf sürütləməyə. Mən də dedim buraxın, mən öz maşınıma mindirib gətirirəm. Onlar buraxmadılar. Oğlum da rəisin maşınının yanından keçəndə, yapışdı maşının fırçasından ki, sürüyə bilməsinlər. Onda fırça sınıb qalmışdı oğlumun əlində. Fırçanın da 10 manat qiyməti var».

İsmayıl Abbasov deyir ki, ittihama görə, Nəcməddin Abbasov həmin hadisə vaxtı rəisin maşınının şüşətəmizləyən fırçasını sındırıb. Sonra da məhkəmə Nəcməddin Abbasov barəsində ev dustaqlığı tədbiri seçib. Sentyabrın 24-də Nəcməddin Abbasovu Bakıya Daxili İşlər Nazirliyinə çağırıblar, ordan da Səbail rayon Məhkəməsinə aparıb barəsində həbs qətimkan tədbiri seçərək Bakı İstintaq Təcridxanasına göndəriblər.

«ABBASOV QƏTİMKAN TƏDBİRİNİN ŞƏRTLƏRİNİ POZUB»

Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, Nəcməddin Abbasovun həbsinə səbəb barəsindəki ev dustaqlığı qərarına zidd olaraq yaşadığı yeri tez-tez tərk etməsi olub:

«Şikayətçinin bəhs etdiyi hadisə ötən il dekabrın 23-də rayonun Qayıdış-1 qəsəbəsinə ayrılan yolda onun oğulları - Nəcməddin və İsmayıl Abbasovlarla həmyerliləri olan bir neçə şəxs arasında baş verib. Həmin şəxslər də rayon polis şöbəsinə biri-birilərinə qarşılıqlı xəsarət yetirmələri barədə ərizələrlə müraciət ediblər. ​Bu hadisə ilə əlaqədar dekabrın 28-də Füzuli RPŞ-nin İstintaq bölməsi tərəfindən CM-in 221.2.1 maddəsi ilə cinayət işinə başlanıb. Bu il fevralın 23-də həmin şəxslər istintaq orqanı tərəfindən şöbəyə dəvət olunduğu zaman Nəcməddin Abbasov onlarla Horadiz şəhərinin mərkəzində qarşılaşaraq yenidən dalaşıb. Hadisə yerinə gələn polis əməkdaşlarına müqavimət göstərib, Füzuli RPŞ-yə məxsus «Fiat» markalı avtomaşının şüşəsilənini dartıb qoparıb, polisin ünvanına nalayiq ifadələr işlədərək xuliqanlıq edib. Fevralın 28-də Füzuli RPŞ-nin İstintaq bölməsi tərəfindən cinayət işi qaldırılıb və hər iki iş bir icraatda birləşdirilib. Daha sonra tərəflərin çoxsaylı şikayətləri nəzərə alınmaqla istintaqın aparılması mayın sonunda DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tapşırılıb».

Orxan Mansurzadə bildirib ki, Nəcməddin Abbasov istintaq orqanı tərəfindən cari il iyulun 11-də təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilib. Ona Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham elan olunub. Məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilmiş və bu qərar dərhal ev dustaqlığı ilə əvəz olunub. Lakin istintaq dövründə ev dustaqlığı ilə bağlı qətimkan tədbirinin şərtlərini dəfələrlə pozduğuna görə məhkəmə N.Abbasov barəsindəki ev dustaqlığını yenidən həbs-qətimkan tədbiri ilə əvəzləyib.
XS
SM
MD
LG