Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

Hicab aksiyasına görə 32 nəfər həbs olunub


Təhsil Nazirliyi qarşısındakı aksiya zamanı
Təhsil Nazirliyi qarşısındakı aksiya zamanı
Təhsil Nazirliyi qarşısındakı aksiyaya görə 32 nəfər həbs olunub. Bundan başqa 14 nəfər inzibati həbs, 28 nəfərə isə xəbərdarlıq olunub.

Bu barədə AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya ilə bağlı Bakı şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə 74 nəfər saxlanılıb. Onlardan 32-si barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Qalan 42 şəxsə isə inzibati tənbeh tətbiq edilib.

Oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında 200-dək şəxs aksiya keçirməyə cəhd göstərib. Aksiya zamanı polis və etirazçılar arasında münaqişə yaranıb. 20 polis əməkdaşının xəsarət aldığı bildirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
XS
SM
MD
LG