Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:38

Leyla Əliyeva "Rusiya-24" televiziyasına Azərbaycandan, işindən, ailəsindən danışdı


Leyla Əliyeva
Leyla Əliyeva
-

Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Rusiya Azərbaycanlı Gənclər Təşkilatı" İctimai Birliyinin rəhbəri, Ekologiyanın Müdafiəsinə Beynəlxalq Dialoq İDEA Kampaniyasının təşəbbüskarı Leyla Əliyeva "Rossiya 24" telekanalına müsahibə verib.

Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, eləcə də, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyəti barədə məlumat verib.

O deyib ki, Rusiyadakı azərbaycanlı gənclər oktyabrın 12-də Moskvada öz növbəti konfranslarını keçirəcəklər.

Rusiyalı jurnalistin birinci sualı isə belə olub ki, “bir gündür ki, Bakıdadır, azərbaycanlıların qonaqpərvərliyinin şahidi olub,” və jurnalist bunun ardınca qəribə səslənən sual verib: “ belə yaxşı münasibət təkcə ruslaradırmı?”

Leyla Əliyeva deyib ki, azərbaycanlılar bütün millətlərə qarşı qonaqpərvərdirlər. “Qonaqpərvərlik bizim qanımızdadır”. Azərbaycanlılar qonağı görməyə şaddırlar və öz tolerantlıqları ilə tanınıblar. Burda əsrlər boyu müxtəlif millətlər, dinlər yanaşı yaşayıb.
Azərbaycanda müxtəlif millətlər bu gün də bir ailə kimi yaşayır. Burda məscidlər, sinaqoqlar, pravoslav və katolik kilsələri var. “Rusiyaya gəlincə, bizi tarix, mədəniyyət birləşdirir, bizim ümumi cəhətlərimiz var”.
“Azərbaycanda orta məktəblərdə rus dilinin öyrənilməsi də tam həcmdə saxlanıb.”

Jurnalist daha sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin fəaliyyəti barədə soruşub, o cümlədən maraqlanıb ki, rusiyalı turistləri Azərbaycana cəlb edə bilirlərmi?

Leyla Əliyeva deyib ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi açıldığı bu 5 ildə bir çox layihələri həyata keçirib. Məsələn, hər il 20-30 rusiyalı tələbəni Azərbaycana dəvət edir. Nümayəndəlik professorları, tələbələri Azərbaycana dəvət edir ki, gəlib Azərbaycanla tanış ola bilsinlər.

Leyla Əliyeva deyir ki, fondun Rusiya nümayəndəliyi bir çox mədəni layihələr həyata keçirir. Bu yaxınlarda Xarici Ədəbiyyat Kitabxanası Mədəni Mərkəzi, iki həftə qabaq Azərbaycan-Rusiya Dostluq körpüsü yaradılıb.

Müsahibənin sonunda jurnalist soruşur ki, bütün bu işlərə necə vaxt çatdırır? Çünki ailə qayğıları da var.
Leyla Əliyeva deyir ki, onun iki uşağı var. Onlar artıq 4 yaşındadır və ailə onun üçün ən vacib məsələdir. O, səfərlərə gedəndə də uşaqlarını özü ilə aparır
və istəyir ki, ata-anasının vaxtil' ona göstərdiyi qayğını o da öz uşaqlarına göstərə bilsin.

Müsahibəyə buradan baxın

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG