Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:35

Millət vəkilləri Serzh Sargsyan-ın fikirlərini əhəmiyyətsiz sayır


Rasim Musabəyov
Rasim Musabəyov
Millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, geo-politoloq Rasim Musabəyov Ermənistan prezidenti Serzh Sargsyan-ın Reuters agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri əhəmiyyətsiz hesab edir.

Onun fikrincə Serzh Sargsyanın bu müsahibəsi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq niyyətlərinin olmadığını bir daha göstərir:

«Ancaq Ermənilər işğal etdikləri torpaqları qaytarmayacaqları təqdirdə Azərbaycanın gücü ilə üzləşəcəklərini anlayırlar. Və buna görə də özlərinə dəstək, himayə axtarırlar. Müharibəyə başlamaq Azərbaycanın birbaşa niyyəti deyil. Amma Azərbaycan həm silahlanmaqla, həm də Ramil Səfərovu əfv etməklə açıq şəkildə hamıya, o cümlədən Ermənistana da bildirir ki, Azərbaycan torpaqlarını ermənilərin xeyirlərinə güzəştə getməyəcək. Bu erməniləri və onları himayə edən dövlətləri narahat edir. Əgər narahat edirsə onda bu dövlətlər ermənilərin konkret 4 təhlükəsizlik qətnaməsinin icra etsinlər».

Bu günlərdə Ermənistan prezidenti Sarkisian deyib ki, «Azərbaycan yeni müharibə ilə hədələyir», Azərbaycan döyüşlərin bərpa edilməsi üçün «qorxulu miqdarda» silah toplayıb.

DAXİLİ AUDİTORİYAYA YÖNƏLİK ÇIXIŞLAR

Milli Məclisin deputatı İqbal Ağazadə isə hesab edir ki, Serzh Sargsyan-ın bu çıxışı daxili auditoriyanı əla almağa hesablanıb:

«İstər Azərbaycan, istər də Ermənistanda iqtidarın müharibə ilə bağlı səsləndirdikləri bəyanatlar yalnız daxili auditoriya üçün hesablanıb. Serzh Sargsyan-ın bu bəyanatı da daxili auditoriyanı daha çox öz ətrafında birləşdirmək, müharibə qorxusu ilə seçiciləri öz hakimiyyəti ətrafında sıx toplaşdırmağa xidmət edən bir mövqedir. Hər kəs bilir ki, müharibəyə başlamaq iqtidara sərf etmir. ATƏT-in Minsk qrupu çərçivəsində də hamı bilir ki, nə Ermənistan, nə də Azərbaycan tərəfinin aktiv müharibəyə hazırlaşmaq arzusu, istəyi yoxdur. O ki, qaldı Azərbaycanın hərbi büdcəsinin artmasına - Azərbaycan büdcəsində hərbi hissənin artması ilə bağlı beynəlxalq səviyyədə də müxtəlif fikirlər səsləndirilir. Lakin Azərbaycan konkret olaraq büdcənin hərbi hissəsini artırmır. Sadəcə olaraq əvvəllər Azərbaycan büdcəsi 3 milyard idisə onun 10 faizi hərbi sahəyə ayrılırdı. İndi 20 milyardın 10 faizi ayrılır».
XS
SM
MD
LG