Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:58
Cəbrayıl köçkünü 71 yaşlı Səmayə Canıyeva deyir ki, hələ payız ikən canına qış üşütməsi düşüb. Qorxusu da ondandır ki, ötən ilki kimi yenə qışda şam ümidinə qalacaq. Deyir, evinə gedən işıq xətti qışqabağı yenə kəsilib. Xətai Rayon İşıq İdarəsinin işçiləri xəbərdarlıq etmədən mənzili işıqsız qoyublar: Məsələni aydınlaşdırarkən məlum olub ki, işıq xətti abonentin borcuna görə kəsilib.

«DEYİRLƏR XEYRİ YOXDUR, KOMPÜTERƏ DÜŞÜBSƏ ÖDƏMƏLİSƏN»

Səmayə Canıyeva: «Hər il qış yaxınlaşanda belə olur. Əvvəllər gəlirdilər, deyirdilər sayğaca görə pul verməlisən. Mən onlara sübut elədim ki, sayğac pulsuz quraşdırılmalıdır, axır ki, bu məsələni həll elədim. İndi də 4-cü ildir ki, tez-tez işığı kəsirlər. Əsasən də qış yaxınlaşana yaxın kəsirlər. Deyirlər 1000 manatdan çox borcun var. Birincisi, mən uzun illər bu evdə qalmamışam, xəstə olduğuma görə ilin yarısından çoxunu qızlarımın evində keçirmişəm. İkincisi, tək arvadam, bir otaqlı evdir, özüm də qənaətcil arvadam. Evimdə şadlıq evi açmamışam ki, 1-2 ilə o qədər elektrik enerjisi işlədəm. Üçüncüsü, mənim köçkün kimi aylıq limitim var, nə qədər çox elektrik enerjisi işlətsəm də, dediyim kimi, bir otaqlı ev olduğuna və tək olduğuma görə o limiti keçə bilməz. Qulaq asan yoxdur mənə. Gedirəm işıq idarəsinə, deyirlər kompüterə belə düşüb, heç nə edə bilmərik. Haradan yazıb bilmirik. Deyirik də xeyri yoxdur, deyirlər sayğac yazıbsa ödəməlisiniz».

«SAYĞAC NƏ YAZIBSA ODUR»

Xətai rayon İşıq İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, Səmayə Canıyevanın evində sayğac var və o sayğacla müəyyən olunur ki, bu adamın evində nə qədər elektrik enerjisi istifadə olunub. Həmin ünvanda bir nəfər məcburi köçkün qeydiyyatdadır. Limitlə onun payına düşən hesabı «Qaçkınkom» ödəyir, limitdən artıq istifadə olunan elektrik enerjisinin pulunu isə özü ödəməlidir.

Namizəd Səfərov

Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov deyir ki, qanunvericilikdə borclu abonenti məhkəməyə verib borcu tələb etmək var, ancaq borca görə işıq xəttini kəsmək yoxdur.

«Əvvəla deyim ki, kommunal xidmətlə bağlı məsələ, qaz, işıq, su və sair təchizatı təbii inhisarlardır. Yəni bizim başqa alternativ seçmək hüququmuz yoxdur. Amma normalda bir neçə enerji təchizatı müəssisəsi, qaz təchizatı müəssisəsi olmalıdır ki, abonentin həmin müəssisələr arasında seçim etmək imkanı olsun. Ona hansı müəssisənin xidmət şərtləri daha sərfəlidirsə, həmin müəssisə ilə müqavilə bağlamalıdır. Ancaq bizdə belə deyil və bunun da nəticəsində onlar istədikləri şərtləri abonentlərə diktə edirlər. Hətta əvvəlcədən hazırlanmış müqavilə blanklarına imza etdirirlər, əksər hallarda heç o müqavilənin bir nüsxəsini abonentə təqdim etmirlər. Təbii ki, bizim bu gün bu müqavilə şərtlərini müəyyən etmək imkanımız yoxdur».

Hüquqşünasın sözlərinə görə, abonentin borcuna görə işıq, qaz xəttini kəsmək yanlış təcrübədir, qanuna yox, daxili təlimata əsaslanır:

«Abonenti məhkəməyə verib borcu məhkəmə yolu ilə tələb edə bilər. Eyni zamanda abonent də hesab edirsə işlətdiyi işığa görə ödəməli olduğu borcdan artıq pul yazılıb, bu zaman həmin məsələni məhkəmədə mübahisələndirməlidir».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG