Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:12

Hugo Chavez dördüncü dəfə prezident olur


Venesuela lideri Hugo Chavez müxalifət lideri Henrique Caprilesə qalib gələrək dördüncü dəfə prezident olub. O səslərin 54 faizini qazanıb.

Nəticələr elan olunandan sonra paytaxt Karakasda Chavevezin tərəfdarları küçələrə çıxıb.
Seçki Şurasının rəhbəri Tibisay Lucena səslərin 90 faizinin sayıldığını, Chavezin səslərin 54,42-ni , Caprilesin isə 44,97-ni qazandığını bildirib.

Keçən il xərçəng xəstəliyinə tutulan 58 yaşlı Chavez xəstəlikdən tamam sağaldığını bildirir.
Chavez 1998-ci ildən hakimiyyətdədir.

Seçkilərin nəticələr elan olunandan sonra onunla yaxın əlaqələri olan Argentina prezidenti Cristina Fernandez de Kirchner öz tvitində “Sizin qələbəniz bizim qələbəmizdir” yazıb.

Chavezin 6 il davam edəcək yeni prezidentliyi yanvarın 10-dan başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG