Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Filippində müsəlman muxtariyyəti yaradılır


Filippin hakimiyyəti 40 ildən çoxdur ki, ölkənin cənubunda fəaliyyət göstərən müsəlman üsyançıları ilə ilkin razılıq əldə edib.

Bu barədə Filippin prezidenti Benino Akino bazar günü televiziya ilə xalqa müraciətində bildirib.

Razılaşmada 2016-cı ilədək ölkənin cənubunda yeni muxtar region yaradılması nəzərdə tutulur.

Bu regionda əsasən müsəlmanlar yaşayır.

Uzun illərdir ki, Malayziyanın vasitəçiliyi ilə Filippin hökuməti və Moro İslam Azadlıq
Cəbhəsi arasında danışıqlar gedir.

Yaxın günlərdə Filippinin paytaxtı Maneledə rəsmi sənəd imzalanacağı gözlənilir.

Son 40 il ərzində Filippinin cənubunda gedən toqquşmalarda 100 minədək adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG