Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:04
-

Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 7-də ad günüdür. O, 60 illiyini keçirir.
Bu gün onun tərəfdarları və əleydarlarının da prezidentin ad gününü nümayişlə keçirəcəyi gözlənir.
Putin 13 ildir ki, hakimiyyət başındadır. Bu illərdə o, ölkənin prezidenti, sonra baş naziri olub.
Bu il martda keçirilən prezident seçkisində o, üçüncü müddətə prezident seçilib.
Kreml bildirir ki, Putin ad gününü ailəsi ilə birgə qeyd edəcək, heç bir rəsmi tədbir planlaşdırılmır.

Azərbaycan prezidenti İlham Əliyev də Putini təbrik edib.

Onun məktubunda deyilir ki, Putin Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə sanballı şəxsi töhfələr verib:

"Sevindirici haldır ki, bu münasibətlər keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatmışdır və indi strateji tərəfdaşlıq xarakteri daşıyır".
"Aralarında yaranmış etimadı, dostluq münasibətlərini yüksək qiymətləndirirən" İlham Əliyev Putinə ailə səadəti, firavanlıq və uğurlar arzulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG