Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:22
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 11 avqust 2012. sayı: 151 (20.556)


ARXİV İŞÇİLƏRİ YARIM İLƏ YEKUN VURUBLAR

…Qeyd olunmuşdur ki, birinci yarım ildə Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin əməkdaşları Babək, Culfa, Kəngərli rayon dövlət arxivlərində olmuş, bu arxivlərin mühafizəsində olan kağız əsaslı dövlət sənədlərinin bərpa edilməsi, işlərin tikilməsi və cildlənərək qaydaya salınması. Mühafizə olunan işlərin mövcudluğunun və vəziyyətinin yoxlanılması, yoxlama aktlarının tətbiqi, uçot və kargüzarlıq işlərinin, pasportlaşmanın, eləcə də sənədlərin təşkilat və müəssisələrdən qəbulu, bunların arxivlərin əsas iş qaydalarına uyğun aparılması kimi əməli işlərin yerinə yetirilməsinə metodik köməkliklər edilmiş, mövcud çatışmazlıqların dərhal aradan qaldırılması üçün lazımi tədbirlər görülmüşdür.

2012-ci ilin birinci yarısında kağız əsaslı sənədlərin bərpası üzrə 923 vərəqə bərpa edilmişdir. Bu da ötən ilin müvafiq dövründən 1,3 faiz çoxdur. Sənədlərin tikilməsi və cildlənməsi işində 705 saxlama vahidi tikilmişdir. Bu, 2011-ci ilin birinci yarım ilindəkindən 3,2 faiz çoxdur…Sənədlərin karton qutulara yerləşdirilməsi üzrə illik iş ilk altı ayda 100 faiz yerinə yetirilmişdir.

HƏR BİR ÖLKƏNİN GƏLƏCƏYİ CƏMİYYƏTİN APARICI QÜVVƏSİ OLAN GƏNCLİYİN ƏLİNDƏDİR

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması və həyata keçirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gənclərlə iş sahəsində də məqsədyönlü tədbirlər görülmüş, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin 1-ci Forumu keçirilmişdir.

…Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərə göstərilən qayğının vacibliyini bildirərək demişdir:

«Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar».

…Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərimizin qarşısında dayanan vəzifələrdən danışarkən demişdir: «Bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur….».

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Culfa rayon icra hakimiyyətində müşavirə Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir.

Şərhləri göstər

XS
SM
MD
LG