Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:53

Ərdoğan: «Türkiyə müharibə istəmir, amma ona çox yaxındır»


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Türkiyənin artilleriya qüvvələri şənbə günü yenidən Suriya ərazisini cavab atəşinə tutub.

Məlumatlara görə, Türkiyənin sərhəd bölgəsindəki kəndlərdən birinin ətrafına yenidən mərmi düşüb və bu, 4 gündür ki, davam edir.

Hazırda Türkiyə sərhədi yaxınlığında Suriyanın hökumət və müxalifət qüvvələri arasında döyüş gedir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, «Türkiyə müharibə istəmir, amma ona çox yaxındır və ona hücum etmək istəyənlər ölümcül səhvə yol verirlər».

BMT-nin Təhlükəsizlik Şurası cümə axşamı Türkiyə ərazisinin atəşə tutulmasına görə Suriya rəhbərliyini ittiham edib.

Bu həftə Türkiyənin Akçekale şəhərində baş vermiş insidentlərdə 5 nəfər ölüb.

Türkiyə parlamenti Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi ilə bağlı hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qərar layihəsi qəbul edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG