Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Erdogan:" Türkiyə müharibə istəmir, amma ona çox yaxındır"


Rajab Tayyip Erdogan

Rajab Tayyip Erdogan

Türkiyənin artileriya qüvvələri şənbə günü yenidən Suriya ərazisini cavab atəşinə tutub.

Məlumatlara görə, Türkiyənin sərhəd bölgəsindəki kəndlərdən birinin ətrafına yenidən mərmi düşüb və bu 4 gündür ki, davam edir.

Hazırda Türkiyə sərhəddinin yaxınlığında Suriyanın hökumət və müxalifət qüvvələri arasında döyüş gedir.

Türkiyənin baş naziri Rajab Tayyib Erdogan (Rəcəb Tayyib Ərdoğan) deyib ki, Türkiyə müharibə istəmir, amma ona çox yaxındır və ona hucum etmək istəyənlər ölümcül səhvə yol verirlər.

BMT-nin təhlükəsizlik şurası cümə axşamı Türkiyə ərazisinin atəşə tutulmasına görə Suriya hakimiyyətini ittiham edib.

Bu həftə Türkiyənin Akçekale şəhərində baş vermiş bu cür insident nəticəsində 5 sakin ölüb.

Türkiyə parlamenti buna cavab olaraq lazım gəlsə Suriya ərazisində hərbi əməliyyat aparılmasına icazə verən qətnamə layihəsi qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG