Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

İslamabaddan Cənubi Vəziristana yürüş edilir


Pakistanlı siyasətçi, keçmiş məşhur kriketçi İmran Khan pilotsuz təyyarələrinin vaxtaşırı ölkə ərazisini vurmasına etiraz olaraq şənbə günü İslamabaddan Cənubi Vəziristana yürüş təşkil edib.

İki gün davam edəcək yürüşə ABŞ və Böyük Britaniyadan olan xeyli fəal da qoşulmaq fikrindədir.

ABŞ təyyarələrinin vaxtaşırı keçirdiyi bu cür əməliyyatlar nəticəsində xeyli dinc sakin ölür və rəsmi İslamabad buna ölkənin suverenliyinin pozulması kimi baxır.

Vaşinqton isə hədəfin yaraqlılar olduğunu deyir.

Yerli hakimiyyət hesab edir ki, yaraqlılar yürüşçülərə hücum edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG