Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 10:33
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı növbəti 7 dəqiqəlik video yayıb. Bu barədə «Azadlıq» qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Elşad Abdullayev bununla bağlı qəzetə məktub və videonun youtube-dakı linkini göndərib.

Həmin videogörüntüdəki dialoqdan:

Gülər Əhmədova: - Bildin? Adamlar var, Fərhadın adamıdır. Konkret bilirlər ki, bu, Fərhadın siyahısıdır, bu Əli İnsanovun siyahısıdır. Bilirlər ki, bu, Kəmaləddin Heydərovundur, bu, Ramiz Mehdiyevlikdir, bu, İlham Əliyevlikdir, bu, Mehriban Əliyevalıqdır. Düzdür, yoxsa yox?

Sevinc Babayeva: - Düzdür.

Gülər Əhmədova: - Bəlkə səhv danışıram?

Sevinc Babayeva: - Yox, yox, yox..

Sentyabrın 25-də fəaliyyəti dayandırılan ABU-nun rektoru Elşad Abdullayev deputat seçilməsi üçün 2005-ci ildə deputat Gülər Əhmədovanın ondan 1 milyon manat pul istədiyi iddia olunan 16 dəqiqəlik video görüntünu yayıb. Elşad Abdullayev bildirib ki, bu, G. Əhmədova ilə 5 saatlıq söhbətdən bir fraqmentdir. Görüntülərin yayılmasından sonra Bakı Şəhər Prokurorluöunda dələduzluq maddəsi ilə cinayət işi açılıb. G. Əhmədova parlamentə deputatlıq mandatının ləğv olunması üçün müraciət edib. MSK oktyabrın 3-də onun mandatının ləğvi ilə bağlı qərar qəbul edib.

«KQB» ARXİVLƏRİ NİYƏ AÇILMIR?

«Yeni Müsavat» qəzeti «Elşad Abdullayevin vəkilindən ilginc açıqlamalar» olduğunu yazır. Qəzet həmin məlumatı vəkilin facobook statusundan götürüb. Qəzetin yazdığına görə, vəkil Adil İsmayılov deyib ki, «Bu videogörüntülərə baxandan və audioyazıları dinləyəndən sonra «KQB» arxivlərinin açılmasınının əleyhinə olanları başa düşməyə başladım».

ÖLKƏDƏN QAÇMAQ İSTƏYƏNLƏR

«Bizim yol» qəzeti yazır ki, «Azərbaycanlıların 62 faizi ölkədən qaçmaq istəyir». Qəzet ADAM Sosioloji Araşdırmalar və FAR mərkəzinin mülki cəmiyyətin inkişafı ilə bağlı keçirdiyi sorğuya istinadən belə yazır.

«1000 nəfər arasından keçirilən sorğuda respondentlərin 60 faizi vətəndaş azadlığı naminə keçirilən etirazları dəstəklədiyini, 10 fazi qınadığını, 25,4 fais isə «bu mənim işim deyil» söyləyib».

«AROPA PARLAMENTİNİN QƏBUL ETDİYİ QƏTNAMƏNİN HEÇ BİR HÜQUQİ QÜVVƏSİ YOXDUR»

«Azərbaycan» qəzeti yazır ki, bunu İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirakla bağlı Azərbaycanda olan Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rachida Dati oktyabrın 5-də Milli Məclisdə keçirdiyi mətbuat konfransında deyib.
«Azərbaycanda çoxmədəniyyətlilik birləşdirmə rolunu oynayır. Azərbaycan çoxmədəniyyətliliyin inkişafı baxımından bir çox Avropa ölkələrinə nümunə ola bilər. Azərbaycanda çoxmədəniyyətlilik cəmiyyətin birliyini təmin etdiyi halda bir sıra Qərb ölkələrində isə çoxmədəniyyətlilik bölgüyə gətirib çıxarır. Azərbaycanda çoxmədəniyyətliliyin stimullaşdırılması və inkişafı Avropa və digər ölkələr üçün nümunə ola bilər».
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə toxunan qonaq onun daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq bu təşkilat tərəfindən Azərbaycana qarşı qəbul edilmiş qətnamənin hüquqi çərçivədən kənar olduğunu xüsusi qeyd edib. O bildirib ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bəyannamə xarakteri daşıyır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG