Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:19

Human Rights Watch Iranı həbsdə olan müəllimləri azad etməyə çağırır



Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Human Rights Watch İran hakimiyyətini həbsdə olan 7 müəllimi azad etməyə və onlarla başqa müəllimə qarşı təqiblərə son qoymağa çağırır.

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü yayılan müraciətdə bildirilir ki, 2009-cu ildən bəri İranda 39 müəllim həbsə atılıb. Onlar milli təhlükəsizliklə bağlı müxtəlif ittihamlarla suçlu bilinirlər: “Bu müəllimlərin hamısı əslində ifadə, birləşmə, dinc toplaşma kimi universal insan haqlarından istifadə etməyə çalışıblar” – deyə sənəddə bildirilir.

Tutulan müəllimlərdən 15-i həmkarlar ittifaqı yaratmaq fəaliyyəti üstündə azadlıqdan məhrum edilib. 7 müəllim hələ həbsdə qalır. Qalanları isə azad edilib. HRW azad edilənlərin bir çoxunun hələ də istintaq altında olduqlarını və hər an məhkəmə çağırıla biləcəklərini yazır.
XS
SM
MD
LG