Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:35

Prezidentlərə ad günü hədiyyələri


-

56 yaşı tamam olanda Rusiya prezidenti Vladimir Putinə pələng balası bağışlamışdılar.

2008-ci il oktyabrın 7-də bu qeyri-adi hədiyyəni ona verənin adı açıqlanmamışdı.

Amma bu sürprizin Putinin Çeçenistana rəhbər qoyduğu Ramzan Kadırovdan gəldiyi deyilir.

İstər Putinin, istərsə də keçmiş prezident Dmitri Medvedevin ad günündə kremlyönümlü “Naşi” gənclər hərəkatının üzvləri müxtəlif kampaniyalar keçirirlər, məsələn, “imeninnik”lərin şəkilləri olan köynəklər geyir, onların e-mail ünvanını küçələrdə insanlara paylayaraq təbrik məktubu yollamağa çağırırlar.

Kadırovun özü də 35 yaşını böyük təntənə ilə qeyd etmişdi. Mərasimdə Vanessa Mae və başqa musiqi ulduzları çıxış etmişdilər.
Putin öz ad günü hədiyyəsi ilə, 10 oktyabr 2008
Putin öz ad günü hədiyyəsi ilə, 10 oktyabr 2008

Keçmiş İraq prezidenti Səddam Hüseyn isə 1999-cu ildə Tikrit şəhərində ona ad günü hədiyyəsi olan, onun adını daşıyan məscidin açılış mərasiminə qatılmışdı.



Oktyabrın 5-i Tacikistan prezidenti Emomali Rahmonun ad günüdür, onun 60 yaşı tamam oldu və Düşənbəyə səfər etmiş Rusiya prezidenti Putin ona snayper tüfəngi bağışladı.

Türkmənistanda prezidentin ad gününü milli bayram səviyyəsində qeyd edirlər. “Türkmənbaşı” Niyazov vaxtında da belə idi, indiki prezident Berdımuhammedovun dövründə də.

Hazırkı prezident hətta öz ad günündə düzənlənən mərasimdə gitara çalır, mahnı oxuyur.



Kazaxıtanda da 4 il qabaq prezidentin ad günü – 6 iyul parlament tərəfindən dövlət bayramı kimi təsdiqlənib.

Ötən il ad günü şənliklərinə məşhur müğənni Stinq də dəvət edilmiş və Astanada konsert vermişdi.

Və Azərbaycanda...

Eldar Əzizov adlı məmur – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olanda prezidentin ad gününə - dekabrın 24-ə nəhəng tort bişirmək ənənəsinin əsasını qoyub.

Sonuncu dəfə iki il qabaq – həmin tortun uzunluğu prezidentin yaşına uyğun olaraq 49 metr, çəkisi 12 ton idi.
İlham Əliyevin ad günü tortu, 2009, Gəncə
İlham Əliyevin ad günü tortu, 2009, Gəncə

Sonra Eldar Əzizov Sumqayıta başçı təyin edildi, amma ənənəni də özüylə ora apardı. Prezidentin 50 yaşına 50 metr uzunluğunda tort bişirtdirdi.

Ilham Əliyevin atası – keçmiş prezident Heydər Əliyevin doğum günündə - mayın 10-da isə Hollandiyadan güllər alınaraq Bakının mərkəzində gül bayramı keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG