Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:30

Avstraliyada dünyanın ən böyük radioteleskoplarından biri quraşdırılıb



Dünyanın nəhəng radioteleskop şəbəkəsinin bir hissəsi olan böyük radiostansiyalar şəbəkəsi fəaliyyətə başlayıb. Böyük şəbəkə Cənubi Afrika və Yeni Zelandiyada birlikdə quraşdırılacaq və o gələcəkdə qalaktikaların, qara dəliyin xarakterinin öyrənilməsində istifadə olunacaq.

Sistemin Avstraliyada oktyabrın 5-də işə salınan hissələri bir-biri ilə əlaqəli işləyən və hər biri 12 metr diametrdə olan 36 antendən ibarətdir. Bu antenlər Avstraliyanın ən az məskunlaşmış ərazilərində quraşdırılıb ki, astronomik siqnallara kənarda insan fəaliyyətinin hər hansı müdaxiləsi olmasın. Sistem üzərində 10 müxtəlif komandada çalışan 700 astronom çalışacaq.
XS
SM
MD
LG