Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:29

Homs bombardman edilib



Suriyada hökumət qüvvələri Homs şəhərini bombardman ediblər. Oktyabrın 5-də həyata keçirilən bombardman 18 ay əvvəl etirazların alovlandığı Homsa qarşı son 5 ayda ən qanlı bombardman hesab edilir.

BMT 2011-ci ilin martından Bashar al-Assadın istefası ilə başlayanan etirazlar və hökumətin ona müdaxiləsində 20 mindən çox adamın həlak olduğunu bildirir. İnsan haqları fəalları isə həlak olanların sayının 30 min nəfəri keçdiyini bildirirlər.

Müxalifətin Azad Suriya Ordusu isə bu gün bildirib ki, paytaxt Dəməşqin yaxınlığındakı hərbi hava bazasını ələ keçirib. Onlar bazanın hava hücumundan müdafiə avadanlıqlarının da artıq onların əllərində olduğunu deyirlər.
XS
SM
MD
LG