Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:15

Gürcüstanda hökumətlə müxalifət hakimiyyətin ötürülməsini müzakirə edirlər



Gürcüstanda hökumət hakimiyyəti oktyabrın 1-də parlament seçkisində qalib gəlmiş müxalifət koalisiyasına ötürmək üçün danışıqlara başlayıb. Oktyabrın 5-də başlayan danışıqların yekunda koalisiyanın rəhbəri, milyarder Bidzina İvanishvilinin Baş nazir təyin edilməsi ilə nəticələnə bilər. Müzakirələr bazar ertəsi də davam etdiriləcək.

Mikheil Saakashvili isə 2013-cü ilin oktyabrına qədər prezident vəzifəsində qalacaq. Onun ikinci və sonuncu prezidentlik müddəti həmin vaxt başa çatır. Onun hakimiyyətdən getməsi ilə qüvvəyə minəcək Konstitusiya normasına görə ölkədə prezidentin səlahiyyətlərinin bir qismi parlamentdə seçilən Baş nazirə verilir.

İvanishvilinin başçılıq etdiyi Gürcü Arzusu koalisiyası parlamentdəki 150 deputat mandatından əksəriyyətini qazanıb. Amma koalisiyanbın mandatlarının sayı konstitusiyanı dəyişməyə yetmir.
XS
SM
MD
LG