Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:52

Rusiyanın hərbi bazası 2042-ci ilə qədər Tacikistanda qalası oldu



Oktyabrın 5-də Düşənbədə Rusiya hərbi bazasının Tacikistanda qalma müddətinin 2042-ci ilə qədər uzadılmasına dair razılaşma imzalanıb. 1993-cü ildə imzalanmış müqavilənin müddəti 2014-cü ildə başa çatırdı.

İndiyə qədər Rusiya həmin bazaya görə Tacikistana haqq ödəmirdi. İndi isə Tacikistan hökuməti ilə 250 milyon dollar tələb edir. Amma hələlik 2042-ci ilə qədər Rusiyanın bu bazadan istifadəyə görə Tacikistana nə qədər ödəyəcəyi məlum deyil. Rusiya prezidenti Vladimir Putinin yardımçısı Yuri Ushakov bu barədə yalnız “simvolik məbləğ ödənəcək” deyə cavab verib.

Müqavilənin uzadılması barədə razılaşma oktyabrın 5-də prezident Vladimir Putinin Düşənbəyə səfəri zamanı imzalanıb.

Rusiyanın 7 000 nəfərlik 201-ci Motoatıcı Diviziyası Tacikistanda 3 hərbi bazada yerləşib. Onlardan biri paytaxt Düşənbə yaxınlığında, digər ikisi isə ölkənin cənubunda Kulob və Qurghon-Teppa şəhərlərindədir.

Rusiyanın xarici ölkədə ən çoxsaylı hərbi kontingenti Tacikistandadır.

Oktyabrın 5-də Tacikistan prezidenti Emomali Rahmonun 60 yaşı tamam olub. Düşənbədə görüş zamanı Rusiya prezidenti tacik həmkarına ad günü hədiyyəsi kimi snayper tüfəng verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG