Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36

Hökuməti tənqid edən keçmiş nazir narkotiklərdən məcburi müalicəyə göndərilib


1992-1995-ci illərdə Türkmənistanın Turizm və Mədəniyyət naziri olmuş Geldimyrat Nurmuhammedov oktyabrın 4-də həbs edilib.

Yaxınlarının dediyinə görə rəsmilər 59 yaşlı keçmiş naziri “narkotik alidəçisi” elan edərək “cəmiyyətdən təcrid edilməsi” barədə qərar qəbul ediblər. İndi onu 6 ay məcburi şəkildə narkotiklərdən müalicə müəssisəsinə yerləşdirəcəklər.

Nurmuhammedov son vaxtlar hökuməti tənqid edirdi. Keçən il o, AzadlıqRadiosunun türkmən xidmətinə müsahibəsində də hökuməti tənqid etmiş, hazırda hakimiyyət başında olan Demokrat Partiyasını qanunsuz adlandırmışdı.
Bu cür tənqidi çıxışlarına görə keçmiş nazirin paytaxt Aşxabaddakı biznesi də bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG