Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13

Nazirlik işləri hüquq-mühafizə orqanlarına və məhkəməyə göndərdi


-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

Bu haqda məlumat nazirliyin saytında yerləşdirilib.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 132 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli məcburi göstəriş verilib.

Nəticədə 25 iş üzrə 74800 manat cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 1048.82 manat məbləğində iddia qaldırılıb.
Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 233 iş üzrə 55750.04 manat ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 3, məhkəmələrə 1, icra qurumlarına 15 iş göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG