Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:53

Dini komitə hesabat hazırlayır


-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində islam abidələrinin mövcud vəziyyəti ilə bağlı hesabat hazırlayır.

Hesabat yaxın vaxtlarda beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərlə söhbətində deyib.

Bakıdakı erməni kilsəsinin qorunması məsələsinə münasibət bildirərkən isə o, söyləyib:

«Azərbaycan xalqı müxtəlif dini konfessiyaların, o cümlədən ermənilərin dini abidələrinə tolerantlıq dəyərləri əsasında yanaşır».

İskəndərov daha sonra deyib ki, Ermənistanda isə bundan fərqli olaraq, Azərbaycan xalqına məxsus tarixi və islam abidələri dağıdılır.

O bildirib ki, Eçmiədzin kilsəsinin ilk sənədlərində Dağlıq Qarabağda şöbəsinin olduğu əksini tapmayıb.

«Yalnız 19-cu əsrin ortalarında Qarabağdakı alban kilsəsi xüsusi göstərişlə ermənilərin ixtiyarına verilib. Ermənilər alban kilsələrindəki arxivi vəhşicəsinə məhv ediblər. Ancaq tarixi silmək olmaz. Bir müddət əvvəl Misirdə alban kilsələri ilə bağlı yazılı sənəd tapılıb. Biz bu faktları da beynəlxalq ictimaiyyətə təqdim edəcəyik», - İskəndərov əlavə edib.
XS
SM
MD
LG